- Baxış sayı: 29
- 27 Mart 2026 18:30
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Kəpəz” premyer liqasının 2024/25 mövsümünə 7 yenilgi ilə başlayıb. Allsport.az saytı xəbər verir ki, bu, son 20 ildə ilk belə hadisədir. Startda ardıcıl 7 məğlubiyyət alan sonuncu komanda “Şəfa” idi. Bakı klubu 2004/05 mövsümündə bu qədər görüşdə xal qazanmayıb.
Azərbaycan çempionatları tarixində ümumilikdə 6-cı dəfə bir komanda mövsümün ilk 7 oyununu xalsız başa vurub. “Şəfa” və “Kəpəz”dən əvvəl Kürdəmir “Şirvan”ı 1992, Sumqayıt “Xəzər”i 1994/95, “Şəmkir” 1996/97, Quba “Şahdağ”ı 2000/01 mövsümümdə belə uğursuzluq yaşayıb.