Son 3 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki “böyük dəbilqə”də mübarizəyə başlayacaq.

Allsport.az xəbər verir ki, son yarış günündə 81 kq-da Murat Fətiyev, 90 kq-da Məmmədəli Mehdiyev və 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri qüvvəsini sınayacaq. Hər 3 idmançı mübarizəyə 1/8 finaldan start verəcək.

Fətiyev ilk görüşündə Şeyx Dabonn Abraham Fauzi (Fil Dişi Sahili) / Tim Qramkov (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Mehdiyevin bu raunddakı rəqibi Rumenici İppet (Konqo) / Aleksis Matyö (Fransa) cütünün qalibi olacaq. Kokauri isə startda Əmrə Sanalı (Fransa) sınağa çəkəcək.

Yarışın ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) qızıl, Hidayət Heydərov (73 kq) isə bürünc medal qazanıb.

Həmin kateqoriyadan