Son gündə daha 3 medal

III MDB oyunlarında Qəbələ atıcılıq mərkəzində stend atıcılığında Nərmin Bədəlli trap növündə fərdi yarışda 2-ci yeri tutub.

Allsport.az saytı xəbər verir ki, digər azərbaycanlı idmançı Mürtəza Novruzlu da gümüş medala sahib çıxıb. Daniyella Ulanova skitdə bürünc medal qazanıb.

Bununla da stend atıcılığı üzrə yarışa yekun vurulub. Azərbaycanlı idmançılar yarışları 9 medalla başa vurublar (5 gümüş, 4 bürünc).

Həmin kateqoriyadan