- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
İyunun 25-dən 30-dək 2-ci Avropa oyunları çərçivəsində güləş yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Minsk-2019-da ölkəmizi 6 sərbəst, 5 yunan-Roma və 5 qadın güləşçi təmsil edəcək.
Yığmalarımız məsul yarış ərəfəsində son hazırlıq prosesinə start verib. Sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz sonuncu təlim-məşq toplanışı olimpiya güləş mərkəzində keçir. Göygöldə daha çox fiziki məşqlər keçirilmişdisə, Bakıda taktiki-texniki çalışmalara üstünlük veriləcək. Yunan-Roma güləşçilərimiz Estoniya və İsveç yığmalarının üzvləriylə birgə toplanış keçir.
Qadınlarımız isə iyunun 8-dən Belarusdadır. Oyunların keçiriləcəyi məkana daha öncədən yollanan millimiz yarışa qədər Minskdə yerli komandayla birgə toplanışı davam etdirəcək.