Sörlot tarixə düşdü

Norveçli hücumçu Aleksandr Sörlot “Atletiko Madrid”in köynəyi ilə çempionlar liqasında tarixi uğura imza atıb.

Allsport.az xəbər verir ki, “Brügge”yə qarşı keçirilən pley-off mərhələsinin cavab oyununda (4:1) het-trik edən 30 yaşlı forvard, Madrid klubunun tarixinə adını qızıl hərflərlə yazdırıb.

O, “Atletiko”nun tarixində çempionlar liqasının pley-off mərhələsində het-trik edən ilk futbolçu olub.

Sörlot 2014-cü ildə Mario Mancukiçdən sonra klub tarixində çempionlar liqasının bir matçında üç qol vuran ikinci oyunçu olub.

Cari mövsümdə “Atletiko” heyətində 36 oyuna çıxan norveçli hücumçunun aktivində artıq 15 qol var.

Həmin kateqoriyadan