Soydaşımızın komandası Kanadada Ontario vilayətinin qalibi olub

Kanadanın Ontario vilayəti üzrə məktəblərarası basketbol çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, finalda Həmilton şəhərinin “Xilfild Stratallan Kolleci”nin komandası qalib gəlib.

Heyətdə yer alan “24” nömrəli oyunçu soydaşımız Ruhan Sonidir (Sadiq). 2007-ci il təvəllüdlü idmançı 182 boya malikdir, hücumameyilli müdafiəçidir.

Onun anası azərbaycanlıdır, Bakıda 190 saylı məktəbi bitirib. Həmyerlimiz uzun illərdir okeanın o tayında yaşayır, həyat yoldaşı kanadalıdır. Ruhanın millimizdə çıxış etməyə maraqlıdır. Bunu saytımıza 15 yaşlı basketbolçunun valideyni deyib. Dəvət olarsa, o, məmuniyyətlə qəbul edər.

Həmin kateqoriyadan