Stadnik mübarizəyə başlayır

Varşavada keçirilən güləş üzrə Avropa çempionatına davam edir.
Allsport.az xəbər verir ki, yarışın 3-cü günündə Azərbaycanın qadın güləşçiləri də mübarizəyə başlayacaq. Onlar arasında 2 qat dünya və 7 qat Avropa çempionu Mariya Stadnik (50 kq) də var. O, ilk görüşünü 1/4 finalda Rusiyadan Yekaterine Poleşçuka qarşı keçirəcək.

Səbirə Əliyevanın da (76 kq) ilk qarşılaşması 1/4 final mərhələsinə təsadüf edəcək. Elis Manolova (68 kq) isə mübarizəyə 1/8 finaldan başlayacaq.

50 kq
1/4 final: Mariya Stadnik – Yekaterina Poleşçuk (Rusiya)

68 kq
1/8 final: Elis Manolova – Tindra Syoeberq (İsveç)

76 kq
1/4 final: Səbirə Əliyeva – Epp Maee (Estoniya).

Həmin kateqoriyadan