- Baxış sayı: 44
- 25 Noyabr 2024 17:38
- Baxış sayı: 129
- Noyabr 25, 2024
- 0
AzAL-ın qapıçısı Stanislav Namaşko komandasının son mövsümdəki çıxışına qiymət verib. Allsport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunu söyləyib:
“Komandamızın sıfırdan yığıldığını, mövsümə çox uğursuz başladığını nəzərə alsaq, sonda biz minimum vəzifənin öhdəsindən gələ bildik. AzAL ev oyunlarının heç birində məğlub olmadı. Bütövlükdə, rəhbərliyin bizə iradı yoxdur.
Hesab edirəm ki, mövsüm mənim üçün də yaxşı keçdi. Yaddaqalan xeyli oyun oldu. Daimi oyun təcrübəm oldu. Bunlar bir qapıçı üçün çox önəmli amillərdir”.