- Baxış sayı: 31
- 26 Mart 2026 19:37
- Baxış sayı: 228
- Mart 26, 2026
- 0
Yanvarın 30-da “Şüa” idman-sağlamlıq kompleksində Azərbaycanın stolüstü tennis üzrə yığma komandası üzvlərinin baş məşqçi Leşek Kuxarski və məşqçi Aleksandr Zudovun rəhbərliyi ilə təlim-məşq toplanışı başlayıb. Allsport.az xəbər verir ki, ümumilikdə təlim-məşq toplanışında üç kişi və beş qadın idmançı iştirak edir.
Fevralın 4-dək davam edəcək toplanışda tennisçilərimiz texniki, fiziki və ümumi fiziki hazırlıq səviyyələrini artıracaqlar. Tədbirin keçirilməsi fevralın 6-dan 8-dək keçiriləcək “2015 NN TABLE TENNİS CLUB ITTF – EUROPE TOP-16 CUP “ yarışlarına hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, Polşadan Bakıya dəvət olunmuş iki oğlan idmançısı da tərəfdaş kimi birgə məşq edəcək və təcrübələrini bölüşəcəklər.