- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“İnter Mayami”nin hücumçusu Luis Suares sosial şəbəkələrdə keçmiş komanda yoldaşı Andres İnyestanın karyerasını başa vurması haqda paylaşım edib.
Allsport.az xəbər verir ki, uruqvaylı futbolçu İnyestaya təşəkkürünü bildirib:
“Futbola bəxş etdiyin hər şey üçün sənə təşəkkür edirəm, Andres! Tarixin ən yaxşı yarımmüdafiəçilərindən biri ilə oynamaq şərəfinə nail olduğuma görə sevincliyəm! Futbol sənin üçün darıxacaq!”
Qeyd edək ki, Suareslə İnyesta “Barselona”da birgə çıxış ediblər.