- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Çex Respublikasının “Mlada Boleslav” klubunun prezidenti Yozef Dufek Avropa Liqasıdan danışıb. Allsport.az saytı xəbər verir ki, o, 3-cü təsnifat mərhələsində potensial rəqibləri – “Neftçi” ilə Makedoniya “Şkendiya”sı haqda bunu söyləyib:
“Bizi istənilən halda gərgin səfər oyunları gözləyir: istər Bakıya getsək, istərsə də Tetovoda (“Şkendiya” Tetovonu təmsil etsə də, avrokubok oyunlarını Skopyedə keçirir – red.). Şübhəsiz ki, futbolçularımız həm Azərbaycanda, həm də Makedoniyada daha isti hava ilə üzləşməli olacaq.
Bu ölkələrin havası Mərkəzi Avropadakından bir qədər fərqlənir. Amma rəqibimizin kim olmasından asılı olmayaraq, biz istənilən halda Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmağa çalışacağıq”.