“Sübut etdik ki, tək səngərdə yox, idmanda da onlardan güclüyük”

Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında Zirəddin Bayramov (65 kq) sərbəst güləşdə qızıl medal qazanıb. Allsport.az saytı xəbər verir ki, o, uğurunu şəhidlərimizə və qazilərimizə həsr etdiyini deyib:

“Təəssüratlarım çox yaxşıdır. Sevinirəm ki, Avropa çempionatının finalında erməni rəqibimə qalib gəldim. Bu qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm. Onların qarşısında baş əyirəm. Biz öz sözümüzü hər zaman və hər yerdə deməyə hazırıq.

Sübut etdik ki, tək səngərdə yox, idmanda da onlardan güclüyük. Hədəflərim çoxdur. Bu hədəflərə doğru addım-addım irəliləyirik. Başda federasiya rəhbərliyi olmaqla, yığma komandanın məşqçilər korpusuna və şəxsi məşqçim Elçin Həsənova təşəkkürümü bildirirəm”.

Həmin kateqoriyadan