Sumqayıtda seçimlər

Azərbaycan basketbol federasiyasının (ABF) məşqçi mütəxəssislərindən ibarət nümayəndə heyəti, respublikanın rayon və şəhər məktəblərində təhsil alan şagirdlər arasından fiziki və funksional göstəriciləri basketbol idman növünə yararlı olan oğlan və qızları seçərək, onları qeydiyyata alıblar.

Allsport.az saytı xəbər verir ki, seçimlərin növbəti mərhələsi davam edir. Şagirdlər bu mərhələdə basketbolun təməl başlanğıc hərəkətlərinin praktiki məşqlərini yerinə yetiriblər. Mərhələni uğurla tamamlayanlar növbəti mərhələyə keçiblər.

Praktika mərhələsi Sumqayıt şəhərində olub. Bu mərhələdə yaxın ərazilər üzrə Saray, Mehdiabad, Xırdalan iştirakçıları da fəal iştirak etmişdirlər.

Həmin kateqoriyadan