- Baxış sayı: 52
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
Bu gün Premyer Liqada 5-ci tura start verilib. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib.
Sumqayıtın eyniadlı komandası doğma meydanda “Kəpəz”lə qarşılaşıb. Hərəyə 1 qol vurulan matçda qalib müəyyənləşməyib – 1:1.
Günün digər matçında 2 paytaxt klubu – “İnter”lə “Neftçi” üz-üzə gəlib. Bu görüşdə hesabı qonaqlar açıblar. Amma matçın sonlarında səhnəyə çıxan Rauf Əliyev 5 dəqiqə ərzində 2 dəfə fərqlənərək komandasına qələbə gətirib – 2:1.