- Baxış sayı: 20
- 25 Noyabr 2024 12:41
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının son turunda “Zirə” ilə qarşılaşan (1:1) “Sumqayıt” 1 günlük istirahəti başa vurub. Allsport.az xəbər verir ki, sözügedən komanda baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında axşam “Kapital Bank Arena”da “Qəbələ” ilə oyunun hazırlığıa start verib.
Heyətdə zədəli futbolçu yer almır. Bir müddət əvvəl əvəzedici heyətə göndərilmiş Emin Mehtiyev və Uğur Pamuk da artıq əsas komandaya qaytarılıb.
Qeyd edək ki, “Qəbələ” – “Sumqayıt” oyunu sentyabrın 21-də Qəbələ şəhər stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.