- Baxış sayı: 143
- 27 Mart 2026 16:26
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” növbəti yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Samir Abasobun komandası Türkiyə 1-ci liqa təmsilçisi “Adana Demirspor”la qarşılaşıb.
Qızılcahamamda baş tutan görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. “Kimyaçılar” hazırlıqda növbəti yoxlama oyununu iyulun 20-də keçirəcək.