- Baxış sayı: 19
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Sumqayıt” Futbol Klubu rəsmi saytı vasitəsilə bəyanat yayıb. Allsport.az xəbər verir ki, bəyanatda bunlar qeyd olunub:
“Sumqayıt” Futbol Klubunun yarımmüdafiəçisi Təvəkkül Məmmədov 2015-ci il fevralın 13-də heç bir əsas olmadan komandanın düşərgəsini tərk edərək ailəsinin yaşadığı Rusiyaya yola düşüb. Adıçəkilən futbolçu bu barədə nəinki klubun rəhbərliyinə, heç məşqçi heyətinə belə məlumat verməyib. Bu hadisədən dərhal sonra futbolçu ilə əlaqə yaradılıb və ona komandanın düşərgəsinə təcili qayıtmaq göstərişi verilib. Xəbərdarlığa baxmayaraq, Təvəkkül Məmmədov hələ də komandanın sıralarına qoşulmayıb.
Klub olaraq bu cür halları pisləyirik. Futbolçu və onu təmsil edən tərəflər “Sumqayıt” FK ilə müvafiq qaydada bu məsələni tezliklə həll etməyəcəyi təqdirdə, klubumuz aidiyyəti qurumlara müraciət edərək, futbolçunun ciddi şəkildə cəzalanmasını tələb edəcək.
Qeyd edək ki, Təvəkkül Məmmədovun 02.06.2014-cü ildə “Sumqayıt” FK ilə imzalanmış müqaviləsi 31.05.2016 tarixinədək qüvvədədir. Sazişin qüvvədə olduğu müddət ərzində, adıçəkilən futbolçu FİFA-nın bayrağı altında keçirilən heç bir yarışda iştirak edə bilməz.
Qeyd olunduğu kimi, klubla futbolçu arasında tez bir zamanda razılıq əldə olunmasa, “Sumqayıt” Futbol Klubu yaranmış hadisə ilə əlaqədar olaraq, müvafiq strukturlara (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası, Rusiya Futbol İttifaqı və FİFA) şikayət vermə hüququna malikdir”.