“Sumqayıt”ın baş məşqçisi istefa verdi

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov istefa verib. Allsport.az xəbər verir ki, onun bu istefası hələ rəhbərlik tərəfindən qəbul olunmayıb.

Belə ki, bununla əlaqədar olaraq klubun Müşahidə Şurasının iclası keçiriləcək. Məmmədovun istefasının qəbul olunub-olunmayacağına da məhz bu tədbirdə aydınlıq gələcək.

Qeyd edək ki, Aqil Məmmədov “Sumqayıt”ın cari mövsümündəki uğursuz çıxışa görə istefa verib. Komanda geridə qalan yeddi turda cəmi 4 xal toplaya bilib və 9-cu pillədə qərarlaşıb.

Maraq üçün qeyd edək ki, Məmmədovun istefası təqdirində onun əvəzəedici komandanı çalışdıran Samir Abasovla əvəzlənməsi gözlənilir.

Həmin kateqoriyadan