- Baxış sayı: 35
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
AFFA-nın Almaniyadan Azərbaycana gətirərək zorla klublara sırıdığı idman direktorlarından biri də “Sumqayıt”da çalışan Frenk Bernarddır. Allsport.az saytı xəbər verir ki, fəaliyyəti dövründ ciddi heç nə ilə yadda qalmayan alman əvəzində qalmaqallarla gündmə gəlməkdədir.
Rekord.az-in məlumatına görə, bir-neçə gün öncə avtomobili ilə adam vuraraq hadisə yerindən qaçan əcnəbi, “Sumqayıt”da da çox adamla yola getmir. Təcrübəli məşqçi, U-19-un baş məşqçisi Vaqif Paşayevi isə əməlli-balı gözümçıxdıya salıb.
Əldə etdiyimiz xəbərə əsasən, alman direktor Paşayevin bütün planlarına müdaxilə edir. Hətta U-19-un yoxlama görüşü üçün rəqib seçiminə də qarışır. Artıq bir dəfə bunun üstündə tərəflər arasında mübahisə də yaşanıb.