- Baxış sayı: 54
- 20 Noyabr 2024 21:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Xəbər verdiyimiz ki, aprelin 12-də qadın voleybolçular arasında Azərbaycan Super Liqası yarışlarına yekun vurulub. Allsport.az xəbər verir ki, turnirin final seriyasının cavab oyunları çərçivəsində üçüncü yer uğrunda görüşdə “Azəryol” və “Azərreyl” komandaları qarşılaşıb.
Azərbaycan Voleybol Mərkəzində təşkil olunan görüşdə “Azəryol” komandası 3:0 hesabı ilə qalib gəlib. Komandalar arasında aprelin 10-da təşkil olunan ilk oyunda da “Azəryol” eyni hesablı qələbə qazanmışdı. İki oyunun nəticəsinə görə, “Azəryol” klubu Azərbaycan Super Liqası yarışlarının bürünc medalına sahib olub.
Turnirin həlledici görüşündə isə “Rabitə” və “Lokomotiv” komandaları qarşılaşıb. İlk görüşdə olduğu kimi bu dəfə də “rabitəçilər” 3:1 hesabıyla üstün olublar. Bu qələbədən sonra Zoran Qayiçin komandası ardıcıl 8-ci dəfə ölkə çempionu adını qazanıb.
Foto: İslam Atakişiyev