- Baxış sayı: 44
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

Texniki universtitetinin basketbol arenasında super liqanın 17-ci turunun 3 oyunu keçirilib.
Allsport.az xəbər verir ki, “Xırdalan” gərgin mübarizədə “Gəncə”yə son saniyələrdə uduzub – 73:76.
Turun ən möhtəşəm qarşılaşması “Atletik”və “80-lər” arasında keçirilib. Xala-xal prinsipi ilə gedən qarşılaşma 76:76 hesabı ilə yekunlaşaraq əlavə vaxta keçib.
Overtaymın axırında isə Bəxtiyar Ələkbərov (“80-lər”) 5 qayda pozuntusu alaraq meydançanı tərk edib. “Atletik” üstünlükdən istifadə edərək, qalib gəlib – 90:85.
3-cü qarşılaşmada “Atom” “Sıçrayışa” qalib gəlib – 84-62.
Turun ilk qarşılaşmasında lider “Zirvə-Astara” “Sərkərdə”ni çətinliklə yenmişdi – 116:112.
“Zirvə-Astara” 32 xalla liderdir. 3 xal geri qalan “Atom” 2-ci yerdə qərarlaşıb. “Xırdalar” 26 xalla 3-cü pillədədir.