- Baxış sayı: 167
- 11 Fevral 2026 20:49
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

Yunan tennisçi Stefanos Tsitsipas Afinada “Lotus” avtomobili ilə 210 km/saat sürətlə (limit 130 km/saat idi) hərəkət etdiyi üçün cəzalandırılıb.
Allsport.az xəbər verir ki, 27 yaşlı tennisçi bu qayda pozuntusuna görə bir il müddətinə sürücülük vəsiqəsindən məhrum edilib və 2 min avro cərimələnib.
Tsitsipas ATP səviyyəsində 12 turnirin və 2019-cu il yekun çempionatının qalibidir.