- Baxış sayı: 33
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Azərbaycan basketbol federasiyasının məşqçi mütəxəssislərindən ibarət nümayəndə heyəti, respublikanın rayon və şəhər məktəblərində təhsil alan şagirdlər arasından fiziki və funksional göstəriciləri basketbol idman növünə yararlı olan oğlan və qızları seçərək, onları qeydiyyata alıbdırlar.
Allsport.az saytı xəbər verir ki, seçimlərin növbəti mərhələsi davam edir. Şagirdlər bu mərhələdə basketbolun təməl başlanğıc hərəkətlərinin praktiki məşqlərini yerinə yetiriblər. Mərhələni uğurla tamamlamış şagirdlər növbəti mərhələyə adlayıblar.
Praktika mərhələsi Şəki şəhərində keçirilib. Bu mərhələdə yaxın ərazilər Balakən, Qax, Zaqatala üzrə iştirakçıları da fəal iştirak ediblər.