- Baxış sayı: 42
- 19 Noyabr 2024 20:44
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Milli antidopinq agentliyi (AMADA) təmiz idman təbliğatına yeni bir rəng qatmağa davam edir. Allsport.az saytı xəbər verir ki, bu dəfə təmiz idman təbliğatı üçün ünvan Göygöl rayonunun füsunkar Xan yaylağında təşkil olunan III milli yaylaq festivalı seçilib. Tədbirin gözəlliyi təkcə Azərbaycanın zəngin milli idman və mədəni tarixi keçmişinin nümayiş etdirilməsi deyil, həm də maarifləndirici fəaliyyətlərində idi.
“Yaylaq yurdu” adlı unikal etnoqəsəbədə keçirilən festivalda, ziyarətçilər AMADA tərəfindən antidopinq sisteminin incəlikləri ilə yaxından tanış olublar. Onlara təmiz və ədalətli idman prinsiplərinə sadiq qalmağın nə qədər önəmli olduğu, qadağan olunmuş maddələrin insan sağlamlığına ciddi zərərləri barədə geniş məlumat verilib.
Ziyarətçilər narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları haqqında ətraflı məlumatlandırılıblar. Eyni zamanda, antidopinq sistemi ilə bağlı suallara cavab verərək maarifləndirici sorğularda iştirak ediblər. Antidopinq sistemi barədə sualları əhatə edən sorğulara doğru cavab verənlərə AMADA-dan yaddaqalan hədiyyələr təqdim olunub.