Təlim təşkil olundu

Azərbaycan cüdo federasiyası (ACF) Sumqayıt və Abşeron-Xızı regionundan olan cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramının icrasına start verib.

Allsport.az xəbər verir ki, proqram çərçivəsində ACF-in hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimli tərəfindən beynəlxalq cüdo federasiyasının yeni tətbiq etdiyi qaydalarla bağlı təlim keçirilib. Qarşılıqlı diskussiya formatında keçən seminarda məşqçilərin sualları ətraflı cavablandırılıb.

Proqram daha əvvəl Goranboy, Şəki və Qusarda həyata keçirilmişdi.

Həmin kateqoriyadan