Təlim təşkil olundu

Peşəkar inkişaf proqramı çərçivəsində Azərbaycan cüdo federasiyasının rəqəmsal marketinq üzrə aparıcı mütəxəssisi Elvin Əhmədin təqdimatında “Sosial media və marketinq” mövzusunda təlim keçirilib. 

Allsport.az xəbər verir ki, sessiyada məşqçilərin və klubların sosial şəbəkələrdə düzgün təqdimatı müzakirə olunub, müsbət və mənfi nümunələr təhlil edilib. Sosial medianın düzgün istifadəsi ilə yeni idmançıların cəlb edilməsi, ictimai etimadın formalaşdırılması, valideynlərlə effektiv ünsiyyətin qurulması və klubun brend kimi inkişaf etdirilməsi yolları izah olunub.

Proqramda Sumqayıt və Abşeron–Xızı regionundan 30-dək məşqçi iştirak edir.

Həmin kateqoriyadan