Təmiz idman sizin üçün nə ifadə edir?

2014-cü ildən bəri, hər ilin aprel ayında Ümumdünya antidopinq agentliyi və qlobal antidopinq ictimaiyyəti Təmiz idman gününü qeyd edir. Allsport.az saytı xəbər verir ki, bu günün qeyd edilməsinin məqsədi ədalətli idman dəyərlərinin aşılanması, təmiz rəqabət və onu qorumağın önəmini vurğulamaqdır.

Təmiz idman günü öz başlanğıcını 2013-cü ildə ÜADA-nın təşkil etdiyi və Cənubi Amerikanın 17 ölkəsinin də qatıldığı təhsil konfransından götürür. Cənubi Amerikada kiçik bir təşəbbüs kimi başlasa da, Təmiz idman günü keçən il ÜADA-nın rəqəmsal və sosial media kampaniyası ilə 50 milyondan çox auditoriyaya yayılıb.

Həmin kateqoriyadan