- Baxış sayı: 65
- 12 Dekabr 2024 16:43
- Baxış sayı: 62
- Dekabr 17, 2024
- 0
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən “Təmiz qələbə: Olimpiya ilinə yenidən baxış” adlı beynəlxalq konfrans keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirin gedişində AMADA-nın icraçı direktoru Təhminə Tağızadə qçıqlama verdi:
“Bu, olimpiya ilində 3-cü beynəlxalq konfransdır. Bu təfbir bir platformaya – antidopinq üzrə çalışan siyasətçiləri, elmi işçiləri və digər ölkələrin antidopinq agentliklərinin nümayəndələrini cəmləyib. Bu sahədə təmiz idman və ədalətli rəqabətin bünövrəsini qoyub, sonra onu davam edirmək üçündür. Çalışacağıq ki, 2025-26-cı illərdə fəaliyyətimizi uğurla yerinə yetirək”.
Konfransa onlayn qoşulan Ümumdünya antidopinq agentliyinin (VADA) prezidenti Vitold Banka, ölkəmizin olduqca önəmli tədbirə ev sahibliyi etdiyini deyib, bu yığıncağın əsas hədəfinin Azərbaycanla yanaşı, digər ölkələrdə də dopinqə qarşı mübarizənin inkişafına töhfə vermək olduğunu bildirib.