Təqvimdə dəyişiklik

Final mərhələsi 2025-ci ilin iyununda baş tutacaq qadınlar arasında basketbol üzrə Avropa çempionatının seçmə qrup oyunları çərçivəsində, millimizin oyun qrafikində dəyişikliklər olub.

Allsport.az saytı xəbər verir ki, Beynəlxalq basketbol federasiyasının yekun qərarına əsasən, 7 noyabr Bakıda Polşa yığmasını qəbul etməli olan millimiz, bu oyunu səfərdə Sosnoviç şəhərində yerləşən “Sosnoviç” arenada keçirəcək.

Əvəzində, 2025-ci il 9 fevral tarixində millimiz Bakıda Polşa yığmasını qəbul edəcək. 10 noyabr Bakıda Litva millisi ilə keçirilməli olan görüş də, “Sosnoviç” arenada oynanılacaq. Qeyd olunan dəyişikliklərə əsas səbəb, noyabr ayında Bakıda keçiriləcək COP-29 tədbiridir.

Həmin kateqoriyadan