- Baxış sayı: 46
- 22 Mart 2026 15:42
- Baxış sayı: 275
- Mart 22, 2026
- 0
AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İlk növbədə “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Ardıcıl 3 oyundur ki, məğlub oluruq. Çətindir. Oyunçu problemimiz var. Viktor İqbekoyi və Aleksandr Şemonayev zədəlidir. Buna baxmayaraq, komanda nəsə etmək istəyirdi. Amma yenə də uduzduq. Məncə, 4-cü yer artıq bizim üçün əlçatmazdır. Bütün bu çətinliklərə baxmayaraq, mübarizə aparmaq lazımdır”.