Tərlan Əhmədov AzAL-da 50-yə çatdı

Topaz Premyer Liqasının 8-i turunun “Xəzər Lənkəran”la oyunu AzAL-ın baş məşqçisi Tərlan Əhmədov üçün yubileylə əlamətdar olub. Allsport.az xəbər verir ki, 44 yaşlı mütəxəssis komandasının 1:3 hesabı ilə uduzduğu qarşılaşmada paytaxt təmsilçisini 50-ci çempionat oyununa çıxarıb.

Bunadək Premyer Liqada 49 görüşdə AzAL-a rəhbərlik edən Əhmədov 11 qələbə, 15 heç-heçəyə nail olubsa, 24-cü dəfə məğlubiyyətə üzülüb. Onun yetirmələri 44 qol vurub, 64-nü buraxıb.

2013/14 mövsümünün “Bakı” ilə ev oyununda (1:2) AzAL-ın baş məşqçisi postunda debüt edən çalışdırıcı bu vəzifədə 50-yə çatan 4-cü baş məşqçidir. Belə ki, 11-ci mövsümdür Premyer Liqada çıxış edən AzAL-a bu oyunlarda 10 məşqçi rəhbərlik edib. Onlardan yalnız üçü – Əsgər Abdullayev (87), Vaqif Sadıqov (63) və Nazim Süleymanov (53) paytaxt təmsilçisinin “sükanı arxasında” Əhmədovdan əvvəl 50-ni keçib.

Həmin kateqoriyadan