Tərlan Əhmədov: “AzAL mükafatlar uğrunda mübarizəyə tam hazırdır”

AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Vacib 3 xal qazandıq. Çox maraqlı bir oyun oldu. “Neftçi” ilə oyundan sonra bu oyunda da qələbə qazanmaq yaxşı oldu. Biz “Neftçi” ilə oyundan sonra “Qəbələ”yə məğlub olsaydıq, deyəcəkdilər ki, ilk qələbə təsadüfidir. AzAL bu gün göstərdi ki, yerlər uğrunda mübarizəyə tam hazırdır. Futbolda qələbə də var, məğlubiyyət də var. Biz qələbə qazandıq və futbolçulara təşəkkür edirəm. Artıq biz bu oyunu yaddan çıxarmalı və qarşıdan gələn “Qarabağ”la oyuna hazırlaşmalıyıq. Futbolda istək vacibdir. Biz hər oyuna istəklə çıxırıq. Sindroma, farta inanmıram. Sadəcə, oyunçularım matça yaxşı köklənir”.

Həmin kateqoriyadan