- Baxış sayı: 34
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Qarabağ” komandasını qələbə münasibəti ilə təbrik edir, onlara Avropa Liqasında uğurlar arzu edirəm. Biz bu gün məğlub olduq. Komanda uduzursa, burada günahkar məşqçidir. Komandamızın potensialı olsa da, problemlərimiz çoxdur. Həmin problemi yoluna qoymalıyıq. Futbol aqressiv oyundur. Hakimlik barədə danışmaq istəmirəm. Amma açığını deyim ki, bundan sonra susmayacağam. Hazırda klubumuz ağır günlərini yaşayır. Hakimlərin belə vəziyyətdə etdiyi səhvlərə dözə bilmirəm. Mənim heç bir şəxslə prinsipim yoxdur. Sadəcə, ədalət tərəfdarıyam”.