Tərlan Əhmədov: “Həm yaxşı oyun sərgilədik, həm də xal əldə etdik”

AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“İki fərqli hissə izlədik. İlk hissədə komandamı tanıya bilmədim. Amma ikinci hissədə əzmkarlıq vardı. Komanda ayıldı. Düşünürəm ki, bu oyunla vəziyyəti dəyişdik. Həm qol vurduq, həm də xal qazandıq. Buna görə futbolçulara təşəkkür edirəm. Ağır vəziyyətdə olmağımıza baxmayaraq, mübarizəni davam etdirirlər. “Sumqayıt”la oyuna qədər də yaxşı futbol sərgiləyirdik. Bu dəfə həm yaxşı oyun sərgilədik, həm də xal əldə etdik”.

Həmin kateqoriyadan