- Baxış sayı: 139
- 27 Mart 2026 16:26
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Açığı, oyunun gərgin keçəcəyini bilirdik. Futbolçulara demişdim ki, “Qarabağ”la oyundan daha çətin bir görüşə çıxırıq. Məqsədimiz 3 xal qazanmaq idi, amma bir xal əldə etdik. Gəncə klubu ikinci hissədə daha yaxşı futbol nümayiş etdirdi. Deməliyəm ki, futbolçular mənim tapşırıqlarımın çoxunu yerinə yetirə bilmədi”.