Tərlan Əhmədov: “Nə qədər ağır olsa da, bu yolla davam edəcəyik”

AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Həqiqətən də ağır oyun idi. Evdə oynayan “Qəbələ” öncəki görüşdə də xal itirmişdi. Buna görə rəqibin aqressiv oynayacağını bilirdik. Biz isə “Neftçi” ilə oyundan sonra uğurlu seriya yaratmaqda maraqlı idik. Tagim Novruzov və Seymur Əsədovun yoxluğunda yarımmüdafiədə problem yaşadıq. Bütün bu problemlərə baxmayaraq, xal qazana bildik və futbolçulara təşəkkür etdik. Yolumuz bəllidir. Nə qədər ağır olsa da, bu yolla davam edəcəyik”.

Həmin kateqoriyadan