Tərlan Əhmədov: “Qələbə bütün pislikləri yaddan çıxarır”

AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Gözəl oyun münasibəti ilə hər iki komandanı təbrik edirəm. Xüsusən də, sonluq dramatik alındı. Düzdür, biz ölkə xaricində toplanış keçə bilmədik. Buna baxmayaraq, komanda formalaşdıra bildik. Bu gün qələbə istəyimiz çox idi. Qarşıda vacib oyunlarımız var. “Neftçi” ilə oyunda məcburiyyətdən addım atmışdım. Viktor tam hazır olmasa da, oynadı. Edu və Oskarın yoxluğunu hiss etdirmədilər. Həmişə demişəm, yenə sözümdə dururam – əvəzolunmaz yox, təkrarolunmaz futbolçu var. Mənim üçün rəqiblərin fərqi yoxdur. Bütün komandalara eyni gözlə baxıram. Qələbə bütün pislikləri yaddan çıxarır. Amma nəticədən asılı olmayaraq, mən futbolçularımdan həmişə gözəl oyun tələb edirəm. Hazırda güclü, zəif rəqib anlayışı yoxdur. Bütün rəqiblərə hörmətlə yanaşmaq lazımdır”.

Həmin kateqoriyadan