Tərtərdə karate klubu

Tərtər rayonunda II Vətən müharibəsi şəhidi Hacıyev Qubad Cəmil oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan karate federasiyası tərəfindən yeni karate klubu təsis edilib.

Allsport.az xəbər verir ki, ənənəvi karate fudokan üslubu üzrə fəaliyyət göstərəcək klubun təqdimatı Tərtər rayon icra hakimiyyəti və rayon mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzi meydanda keçirilən 31 dekabr – dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni təqvim İlinin başlanmasına həsr olunmuş bayram konserti zamanı baş tutub.

Tədbirdə icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, yeni Azərbaycan partiyası rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon sakinləri iştirak ediblər.

Çıxışlarda şəhidlərin əziz xatirəsinin daim uca tutulduğu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb. Bildirilib ki, şəhidin adını daşıyan karate klubunun yaradılması həm idmanın inkişafına, həm də qəhrəman şəhidlərimizin xatirəsinin gələcək nəsillərə ötürülməsinə mühüm töhfədir.

Qubad Hacıyev adına fudokan karate klubu”şnun rəhbəri məşqçi-müəllim Raqil Ağayevdir. Klubda yeniyetmə və gənclərin karate idman növünə cəlb edilməsi, sağlam həyat tərzinin təbliği və idmançıların respublika və beynəlxalq yarışlara hazırlanması nəzərdə tutulur.

Həmin kateqoriyadan