- Baxış sayı: 40
- 03 Fevral 2026 23:41
- Baxış sayı: 134
- Fevral 04, 2026
- 0

Azərbaycan texniki universitetinin idman sarayında keçirilən badminton üzrə “Azerbaijan İnternational 2026” beynəlxalq turnirində ikinci yarış gününə yekun vurulub.
Allsport.az xəbər verir ki, baş sponsor “Silk Way West Airlines” və sponsor “Flex Pro”nun dəstəyi ilə keçirilən “İnternational Challenge” kateqoriyalı turnirdə 33 ölkədən 347 badmintonçu yarışır.
Turnirinin ikinci yarış günündə təsnifat mərhələsinin görüşlərinə yekun vurulub. Fevralın 5-dən başlayaraq 5 kateqoriya üzrə əsas mərhələnin pley-off qarşılaşmalarına start veriləcək. Turnirə fevralın 8-də yekun vurulacaq.