- Baxış sayı: 146
- 27 Mart 2026 16:26
- Baxış sayı: 30
- Mart 29, 2026
- 0

AzAL heyətinə yeni futbolçu qatmağa hazırlaşır. Allsport.az saytı xəbər verir ki, “təyyarəçilər” gürcü hücumçu David Janelidze ilə güclənmək istəyir. Ötən mövsüm birinci divizionda “Neftçala”nın heyətində top qovan forvarla yaxın günlərdə müqavilə imzalanacaq.
O, daha öncə “Zestafoni”, Kutaisi “Torpedo”su, Latviya “Skonto”su, Azərbaycanın “Turan” və “Araz Naxçıvan” klublarında çıxış edib.