Taborski Bakı-2015 boks yarışlarında iştirak uğrunda irəliləyir

Daniel Taborski çexiyali çempion Pavel Souru məğlub etdikdən sonra Bakı-2015-də iştirak uğrunda irəliləyiş əldə edib. Allsport.az xəbər verir ki, Jicin şəhərində 91 kq çəki dərəcəsində keçirilmiş döyüşdə 22 yaşlı Taborski 33 yaşlı Souru 3:0 hesabı ilə məğlub edib. Praqa əsilli Taborski ilk turda Plzenli Sour üzərində 30-27, 30-27 və 29-28 hesablı qələbələr əldə edib.

“Pavel güclü idmançıdır. Onunla mübarizə aparmaq əziyyətsiz başa gəlmədi və o, heç bir halda təslim olmurdu”, – deyə Taborski czechfighters.cz internet səhifəsinə müsahibəsində bildirib.

Çexiyanın boks üzrə milli komandasının məşqçisi cənab Vasil Larionov yarışları yaxından izləyirdi.

“Məntiqi cəhətdən bu, hər iki boksçu üçün ağır döyüş oldu. Və düşünürəm ki, bu döyüş Avropa səviyyəsində idi” , – deyə cənab Larionov bildirib.

Məşqçi hələ də Bakı-2015 Avropa Oyunlarında iştirak etmək üçün hansı idmançını göndərəcəyindən əmin deyil. “Daniel hal-hazırda ən qabaqcıl idmançıdır. Avropa Oyunlarına üç ay vaxt qalıb. Hal-hazırda mən Danieli rəhbər olaraq təyin etmişəm, lakin Pavel ümidini itirməyib”- deyə Larionov qeyd edib.

Həmin kateqoriyadan