- Baxış sayı: 19
- 25 Noyabr 2024 12:41
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
“Burada hər şey yaxşıdır və klubun durumu məni qane edir. Oyunlara necə lazımdırsa, elə də hazırlaşırıq. Oyundan oyuna komandanın çıxışı yaxşılaşır, futbolçular məşqçilərin istədiyi nəticələri qazanmağa səy göstərir”.
Allsport.az xəbər verir ki, bu cümlələrin müəllifi “Kəpəz”in qolkiperi Tadas Simaitisdir. Klubun mətbuat xidmətinə danışan litvalı qapıçı komandanın çıxışı haqda da fikirlərini bölüşüb: “İlk üç oyunda qələbə qazana bilməsək də, AZAL-a qarşı görüşdə arzulanan qələbə xalını aktivə yazdıq. Məni ən çox narahat edən məqam “Zirə” ilə ev matçında qələbəni son anlarda əldən verməyimiz oldu. Yaxşı oynadıq, demək olar ki, üç xal əlimizdə idi. Amma qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilmədik. Bilirəm ki, komandamızın yaxşı gələcəyi var. Çempionatın irəliləyən turlarında qələbələrimiz daha çox olacaq. Ruhdan düşmək qətiyyən olmaz”.
25 yaşlı “çərçivə” qoruyucusu çempionatın ilk turundan əsas heyətdə meydana çıxıb və bütün oyunları əvəzedilmədən keçirib. Tadas məşqçilər korpusunun etibar etdiyi futbolçuların ön sırasında gəlir:
“Öz oyunum haqda nə deyəcəyimi bilmirəm. Yəqin ki, buna kənardakılar qiymət verə bilər. Amma söyləyim ki, işlər pis getmir. Yalnız “Zirə” ilə oyunda səhvim baha başa gəldi. Qol epizodunu hələ də unuda bilmirəm”.
Simaitis “Kəpəz” azarkeşlərindən də bəhs edib. Hər zaman sosial şəbəkələr vasitəsi ilə gəncəli fanatları fərqləndirən qapıçı şərəfini qoruduğu komandanın möhtəşəm dəstəyə malik olduğunu söyləyib: “Hələ ilk turda necə fanatlarımızın olduğunu görmüşdüm. Azarkeşlər “Neftçi” ilə qarşılaşmada bizə əla dəstək olmuşdular. Gəncədəki oyunlarımızda ab-hava lap yaxşıdır. Çoxlu sayda azarkeşin qarşısında oynamaq zövq verir. Özümüzü daha inamlı hiss edirik”.