- Baxış sayı: 58
- 28 Noyabr 2024 12:24
- Baxış sayı: 287
- Dekabr 02, 2024
- 0
Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının paytaxtı Nalçikdə keçirilən ənənəvi VII beynəlxalq “Cup of Elbrus” turniri başa çatıb. Allsport.az xəbər verir ki, yarışda ölkəmizi Sumqayıt şəhər Olimpiya və İdman kompleksinin 21 idmançısı təmsil edib.
Azərbaycan, Ukrayna, İordaniya, Rusiya və digər ölkələrdən 40 komandanın tərkibində 550 idmançının iştirak etdiyi yarışda uğurlu çıxış edən təmsilçilərimiz 4 qızıl, 1 gümüş və 4 bürünc medalla Vətənə qayıdıblar. Baş məşqçi Vurğun Cəfərovun rəhbərliyi ilə yarışlara qatılan idmançılarımızdan gənclər arasında Fizam Mehdiyev (55 kq), yeniyetmələr arasında Xanoğlan Kərimov (33 kq) və Mehriban Məmmədova (41 kq), uşaqlar arasında isə Röya Süleymanova (26 kq) rəqiblərinə qalib gələrək fəxri kürsün ən yüksək pilləsinə qalxıblar.
Uşaqlar arasında isə Gülsüm Həsənzadə (26 kq), Kənan Məmmədov (24 kq) gümüş, yeniyetmələrdən isə Xəyyam Paşayev (65 kq), Nərmin Ələkbərova (47 kq) və Sənubər Əşrəfova (44 kq) bürünc medallara layiq görülüblər.