- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Məlum olduğu kimi, Avropa Liqasının qrup mərhələsinin son oyun günündə baş tutmuş “Qarabağ” – “İnter” (İtaliya) matçının 90+4-cü dəqiqəsində baş verən olayla bağlı Ağdam klubu şikayət məktubu yazaraq UEFA-ya göndərdi. Ancaq allsport.az xəbər verir ki, həftə sonu olduğu üçün qitə futbol qurumundan hələ ki, heç bir cavab gəlməyib.
Şikayətin cavabından asılı olmayaraq, önumüzdəki həftənin 3-cü günü “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl İsveçrəyə gedəcək. Artıq Avropa Liqasının təşkilat komitəsinin direktoru Georgi Marketti ilə görüş vaxtı təyin edilib.
Tahir Gözəl bu səfəri ilə bağlı klub saytına açıqlamasında bunları deyib: “Nəticədən asılı olmayaraq, futbolun ürəyi olan UEFA-ya gedəcəyəm. Orda bağlı və ya açıq görüşdə həmin epizoda onlarla birgə baxacağam və “Qarabağ”a qarşı haqsızlıq edildiyini onların dilindən eşidəcəyəm”.