Tahir Gözəl UEFA-da

Ağdamın “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl bu gün UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti ilə görüşəcək. Allsport.az xəbər verir ki, bu barədə “Report”a klubun direktoru Əmrah Çəlikəl məlumat verib.

Onun sözlərinə görə, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 17:00-da başlanacaq görüşdə Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Bakıda İtaliya “İnter”i ilə keçirilən matça aid heç bir qərar qəbul olunmayacaq. Çəlikəl vitse-prezidentin İsveçrəyə, sadəcə, UEFA rəsmiləri ilə görüş təyin etmək üçün getdiyini bildirib.

Qeyd edək ki, “İnter” komandası ilə matçda hakim haqsızlığı ilə əlaqədar “Qarabağ” UEFA-ya şikayət edib. Avropa futbol qurumunda müraciətə gələn il fevralın 5-də baxılacaq.

Həmin kateqoriyadan