- Baxış sayı: 39
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Varşavada güləş üzrə Avropa çempionatı davam edir. Allsport.az xəbər verir ki, beşinci yarış günündə 3 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
2 qələbədən sonra Eldəniz Əzizli yarımfinalda Rusiya təmsilçisi ilə qarşılaşmada hakimlərin müəmmalı qərarları fonunda rəqibinə məğlub olub.
Taleh Məmmədov ilk görüşdə bolqar həmkarına qalib gəlib. 1/4 finalda erməni güləşçiylə prinsipial görüşə çıxan təcrübəli pəhləvanımız xarakter göstərərək son dəqiqədə aldığı 2 xalla adını yarımfinala yazdırıb. Latviya güləşçisinə də gücünü göstərən Taleh karyerasında ilk dəfə Avropa çempionatının finalına yüksəlib.
Sənan Süleymanov 1/8 finalda finlandiyalı rəqibini vaxtından əvvəl üstələyib. 1/4 finalda Türkiyə güləşçisiylə mübarizədə 5:1 öndə olsa da, təşəbbüsü əldən verərək məğlub olub. Rəqib finaladək irəlilədiyi üçün həmyerlimiz təsəlliverici görüşə çıxacaq.
Bu çəkilərdə təsəlliverici və final qarşılaşmaları aprelin 24-də keçiriləcək.
55 kq
1/8 final: Eldəniz Əzizli – Nedyalko Petrov (Bolqarıstan) 12:4
1/4 final: Eldəniz Əzizli – Nuqzari Tsurtsumia (Gürcüstan) 10:1
1/2 final: Eldəniz Əzizli – Emin Seferşayev (Rusiya) 4:5
Bürünc medal görüşü: Eldəniz Əzizli – Fabian Şmitt (Almaniya) / Mattias Poutanen (Finlandiya).
63 kq
1/8 final: Taleh Məmmədov – Nikolay Viçev (Bolqarıstan) 9:6
1/4 final: Taleh Məmmədov – Qraçya Poqosyan (Ermənistan) *2:2
1/2 final: Taleh Məmmədov – Aleksandrs Jurkyans (Latviya) 7:1
Final: Taleh Məmmədov – Cambolat Lokyayev (Rusiya)
77 kq
1/8 final: Sənan Süleymanov – Harri Latvala (Finlandiya) 10:0
1/4 final: Sənan Süleymanov – Yunus Əmrə Başar (Türkiyə) 5:8
Təsəlliverici görüş: Sənan Süleymanov – Varujan Qriqoryan (Ermənistan).