- Baxış sayı: 44
- 18 Noyabr 2024 12:07
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan badminton federasiyasının rəhbərliyi Avropa badminton konfederasiyasının Macarıstanın paytaxtı Budapeştdə illik toplantısında iştirak edib.
Allsport.az xəbər verir ki, Avropanın 44 ölkəsinin yerli badminton federasiyalarının rəhbər şəxsləri 2025-2028-ci illər üçün badminton idman növünün strateji inkişaf planını müzakirə edib.
Toplantı zamanı badmintonun yalnız Avropanın deyil, dünya üzrə futboldan sonra ikinci ən populyar idman növü olduğu vurğulanıb. Son statistik məlumatlara görə dünya üzrə 865 milyondan çox insan bu idman növü ilə məşğul olur və badminton ulduzları dünyanın ən bahalı idmançıları arasında yer alırlar. Aparılan statistik göstəricilərə görə qarşıdakı illərdə badminton oynayanların sayının 1 milyarda çatması gözlənilir.
İclas çərçivəsində Sloveniyadan Andrej Pohar Avropa badminton konfederasiyasının vitse-prezidenti, Radomir Jovovic və Silvain Benain isə direktorlar şurasına üzv seçiliblər.