Taleh Ziyadov Parisdəki şurada

Avqustun 28-29-da Parisdə dünya badminton federasiyası (BWF) şurasının iclası keçirilib.

Allsport.az xəbər verir ki, badmintonun qlobal inkişafı üzrə əsas idarəetmə və strateji məsələlərin müzakirə olunduğu iclasda dünyanın müxtəlif yerlərindən BWF şura üzvlərini bir araya gəlib.

Toplantıda Azərbaycan da təmsil olunub. Azərbaycan badminton federasiyasının prezidenti Taleh Ziyadov Avropanı təmsil edən BWF şura üzvü statusunda iclasda iştirak edib.

Ziyadov apreldə Çinin Simen şəhərində keçirilən 86-cı BWF illik ümumi yığıncağında dörd il müddətinə BWF şurasına seçilib.

Həmin kateqoriyadan