- Baxış sayı: 21
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Yeni mövsüm hazırlıqlarını davam etdirən “Füzuli” komandası, boş qalan baş məşqçi vəzifəsinə yurd dışından mütəxəssis dəvət edib. Allsport.az saytı xəbər verir ki, Türkiyə və Azərbaycanın futbol aləmində yetərincə tanınan İbrahim Uzunca, bundan sonra əyalət klubunun uğurları üçün çalışacaq.
UEFA pro kateqoriyalı və TFF 1-ci liqasında çalışmış 63 yaşlı məşqçi ilə 3 illik müqavilə imzalanıb. O, 2011-ci ildən etibarən, fasilələrlə “Lokomotiv Biləcəri”, “Bakı”, “Şahdağ” Quba və “Xan Lənkəran” klublarında işləyib.
Türkiyədə isə, “Adana Dəmirspor”, “Kayseri Ərciyəsspor”, “Pozantı Gənclik”, “Qədirli Dəmir” və “Osmaniyəspor”un baş məşqçisi olub. Uzunca məşqçilik karyerasına 1995-ci ildə başlayıb və bu işdə təxminən 29 illik təcrübəyə malikdir.