- Baxış sayı: 314
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

Çeborkası şəhərində qadın güləşi üzrə açıq Rusiya kubokuna start verilib.
Allsport.az xəbər verir ki, təmsilçimiz Tatyana Omelçenko (62 kq) finala yüksəlib.
Onunla eyni çəkidə çıxış edən Jalə Əliyeva yarımfinalda məhz Omelçenkoya məğlub olub. Omelçenko qızıl, Əliyeva isə bürünc medal üçün mübarizə aparacaq. Medal görüşləri sabah keçiriləcək. 50 kq-da çıxış edən Şəhanə Nəzərova isə təsəlliverici görüşə çıxacaq.
Birgül Soltanova (57 kq), Alyona Kolesnik (59 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) medal qazanmaq şanslarını itiriblər.